14 Fevral 2023 19:35
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olub.

Teleqraf.com xəbər verir ki, titula Gövhər Beydullayeva sahib çıxıb. O, son turda ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib.

Bundan başqa, Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.

Beləliklə 11 turda 7,5 xal toplayan Gövhər Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub. Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6,5 xalla üçüncü pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər