Argentina millisinin kapitanı Lionel Messi sabiq komanda yoldaşı Maksi Rodrigesin vida oyununda 3 qol vurub.
Teleqraf.com xəbər verir ki, görüş ötən gün "Nyuells Old Boyz"la yığmanın keçmiş və indiki üzvlərindən ibarət komanda arasında baş tutub.
Qarşılaşma Messinin çıxış etdiyi "tanqoçular"ın 7:5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, iyunun 24-də Lionel Messinin 36 yaşı tamam olub. O, bir müddət öncə Fransa PSJ-sindən ABŞ-ın "İnter Mayami" klubuna keçib.