29 İyun 2023 16:03
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.

Teleqraf.com xəbər verir ki, komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb.

Buna yığmanın AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.

İki pillə irəliləyən Türkiyə seçməsi 1484 xalla 41-ci yeri tutub.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirib. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.

İlk “10-luq”:

1. Argentina – 1843,73 xal

2. Fransa – 1843,54

3. Braziliya – 1828

4. İngiltərə - 1797

5. Belçika – 1788

6. Xorvatiya - 1742

7. Niderland – 1731

8. İtaliya – 1726

9. Portuqaliya – 1718

10. İspaniya – 1703

AVRO-2024-ün seçmə mərhələsinin F qrupu:

5. Belçika – 1792

23. İsveç - 1547

29. Avstriya – 1528

110. Estoniya - 1179

121. Azərbaycan – 1143

Postsovet məkanı:

24. Ukrayna - 1541

38. Rusiya - 1495

74. Özbəkistan – 1327

78. Gürcüstan – 1312

90. Ermənistan – 1252

97. Qırğızıstan - 1224

98. Belarus - 1212

104. Qazaxıstan - 1198

109. Tacikistan – 1179,51

110. Estoniya – 1179,30

121. Azərbaycan – 1143

134. Latviya - 1096

138. Türkmənistan - 1089

145. Litva - 1069

164. Moldova - 990

Qeyd edək ki, növbəti FIFA reytinqi iyulun 20-də açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər