23 İyul 2023 22:06
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın kata və kumite üzrə idmançıları Yaponiyada keçirilən beynəlxalq turnirdə uğur qazanıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə bildirib.

“İyulun 22-23-də Yaponiyanın Okinava şəhərində keçirilən beynəlxalq yarışlarda Azərbaycan Koşiki Karate-do Federasiyasının idmançıları kata və kumite üzrə 5 qızıl və 1 gümüş medal qazanıblar. Çempionlarımız Sevinc, Nazim və Kənanı və Azərbaycan Koşiki Karate-do Federasiyasını təbrik edirəm”, - deyə o sosial şəbəkədə qeyd edib


Müəllif: Teleqraf.com