Səudiyyə klubu “Əl İttihad”ın rəsmiləri məşhur misirli futbolçu Məhəmməd Salahı transfer etmək üçün Böyük Britaniyaya gəliblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanının çempionu “Əl-İttihad” “Liverpul”un ulduzu Məhəmməd Salah üçün rekord məbləğ - 270 milyon dollar təklif edəcək.
"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubun futbolçunu heç bir qiymətə satmayacağını söyləyib.