"Mançester Siti" İngiltərə Premyer Liqasında "Arsenal"a qarşı matça ciddi itki ilə çıxacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Samir Nəsri zədə səbəbindən sözügedən qarşılaşmanı buraxacaq. 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" oyunu yanvarın 18-i keçiriləcək./qol.az/