28 Oktyabr 2023 21:16
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən U-23 dünya çempionatında Mərkəzi İdman Klubunun (MİK) təmsilçisi Azərbaycan nümayəndə heyətinin tərkibində uğurla çıxış edib.

Teleqraf.com xəbər verir ki, sərbəst güləş üzrə 79 kq çəki dərəcəsində mübarizə aparan MİK təmsilçisi Əşrəf Aşırov U-23 dünya çempionatının gümüş medalına layiq görülərək Azərbaycanın aktivinə 1 medal yazdırıb.

Qeyd edək ki, dünya çempionatında medal qazanan idmançımızın məşqçisi polkovnik-leytenant Nazim Əlicanovdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər