AVRO-2024-də qələbəyə əsas iddiaçıların reytinq cədvəli dərc edilib.
Teleqraf.com Goal.com internet portalına istinadən xəbər verir ki, siyahıda birinci yerdə Fransa yığması qərarlaşıb. Reytinq tərtibçiləri ikinci yeri Portuqaliyaya veriblər. İngiltərə üçüncü yeri tutur. Hazırda Avropa çempionu olan italyanlar 11-ci yerdədir.
Reytinq dekabrın 2-də baş tutan qrup mərhələsinin püşkatması nəzərə alınaraq tərtib edilib.
Qarşıdan gələn turnir 17-ci Avropa Futbol Çempionatıdır. Yarış dörd ildən bir Avropa Futbol Assosiasiyaları İttifaqına daxil olan milli komandalar arasında keçirilir.