3 Dekabr 2023 17:25
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Teleqraf.com xəbər verir ki, günün ilk oyunu Tovuzda baş tutub.

Ev görüşlərini orada keçirən "Kəpəz" "Sabah"ı qəbul edib. Uğursuz mövsüm keçirən bakılılar autsayder önündə sensasiyaya imkan verməyiblər. Murad Musayevin yetirmələri iki erkən qolla matçın taleyini həll ediblər. Əvvəlcə 6-cı dəqiqədə Anatoli Nuriyev hesabı açıb. 15-ci dəqiqədə Yeqor Xvalko avtoqol müəllifi olub.

Beləliklə, 2:0 hesablı qələbə qazanan "Sabah" xallarının sayını 19-a yüksəldib. "Kəpəz" isə 10 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Neftçi" - "Zirə" və dekabrın 4-də oynanılacaq "Qarabağ" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər