23 Fevral 13:13
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı mübarizədən kənarlaşdırmasından sonra futbolçuların paltardəyişmə otağında maraqlı və əyləncəli anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun istəyi ilə komandanın qələbəsində böyük pay sahibi olan futbolçulardan Julio Romao tanınmış fotoqraf Reza Deqatinin şlyapasını başına keçirib. Bundan sonra Romao Braziliya rəqsi oynayaraq sevincini ifadə edib.

Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər tərəfindən xoş qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər