28 Fevral 20:11
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Teleqraf.com xəbər verir ki, Bakı İdman Sarayında Litvanı sınağa çəkən yığma rəqibinə 35:33 hesabı ilə qalib gəlib.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Qeyd edək ki, yığmamız martın 3-də Litvanın qonağı olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər