Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, son 2 oyunda qalib müəyyənləşməyib.
“Beşiktaş” səfərdə “Başakşəhər”lə heç-heçə oynayıb. Qonaq komanda Kolleyin durduğu qolla uzun müddət hesabda öndə olub. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə meydan sahibləri bərabərlik topunu vurublar. Son 3 oyunda uduzan “qara qartallar” bu dəfə 1 xal qazanıb. Hesabında 47 xal olan İstanbul klubu 4-cü pillədə qərarlaşıb.
“Samsunspor” öz meydanında “Pendikspor”la xalları yarıya bölüb.