6 Aprel 18:14
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.

Tovuz şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 39-da çatdıran Tovuz təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb. "Sabah" 40 xalla beşincidir.

Günün saat 20:00-da start götürəcək qarşılaşmasında "Qarabağ" "Səbail"i sınağa çəkəcək.

Qeyd edək ki, ötən gün "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib - 2:1.


Müəllif: Teleqraf.com