7 Aprel 22:45
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə Premyer Liqasının növbəti matçında “Mançester Yunayted” və “Liverpul” komandaları arasında matç heç-heçə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mançesterdə baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

“Mançester Yunayted”in heyətində Bruno Fernandes və Kobbi Mayno dəqiq zərbələrlə fərqləniblər. "Liverpul"un qollarını Luis Diaz və Məhəmməd Salah vurub.

“Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 49 xalla altıncı, “Liverpul” 71 xalla ikinci yerdədir. Londonun "Arsenal"ı əlavə göstəricilərə görə "Liverpul"u qabaqlayaraq çempionata başçılıq edir. “Mançester Siti” isə üçüncü yerdədir. Xosep Qvardiolanın komandası 70 xal toplayıb.


Müəllif: Teleqraf.com