31 Yanvar 2015 14:15
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Corcio Napolitanonun yanvarın 14-də istefa verməsindən sonra "buzovlar ölkəsi”ndə yeni prezident axtarışları davam edir. Napolitano səhhəti ilə bağlı vəzifəsindən gedib.

Publika.az xəbər verir ki, namizədlər arasında sürpriz adlardan biri də “Roma”nın kapitanı Françesko Tottidir. O, İtaliya prezidenti ola bilər.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Səsvermə zamanı 38 yaşlı forvard 5 səs toplaya bilib.

Qeyd edək ki, ölkə prezidenti seçkilərində 58 regiondan 315 senator və 630 deputat iştirak edir.

Məlumat üçün bildirək ki, Totti 27 sentyabr 1976-cı ildə İtalyanın paytaxtı Romanın San Giovanni bölgəsində anadan olub. O, italiyalı Enzo və Fiorella Totti cütlüyünün övladıdır.

2002-ci ildən bəri UNICEF-in xoş məramlı səfiri olan Françesko Totti nəşr etdiyi kitablarla köməyə möhtac olan uşaqlara pul yardımı edib. Şəxsi sərvətindən hər il UNICEF-ə kömək etməyə davam edən Tottini 2004-cü ildə Pele "Yaşayan Ən Yaxşı 125 Futbolçu" sırasında görüb.

Ölkəsində onu çox vaxt “Axmaq Romalı”(Dumb Roman) adlandırırlar. Buna səbəb meydanda sinirli davranışlar sərgiləməsi və xüsusən də “Roma” klubundan kənarda daha yüksək zirvələr fəth edəcəyi halda, orada qalmağı üstün tutmasıdır.


Totti "Kiçik Qızıl Adam" (Ermeglio, Il Bimbo d'oro ) kimi də çağırılır. Romada oynamasına baxmayaraq, dünyanın ən çox qazanan futbolçularından biridir. Onu da qeyd edək ki, Tottinin transfer qiymətini onu almaq istəyən klublar da bilmir. Çünki “Roma” Tottini heç vaxt satmaq istəmədiyi üçün ona qiymət qoymayıb.


Xanımların sevimlisi olan xarizmatik futbolçu 2005-ci il iyunun 19-da sevgilisi model və televiziya spikeri Lilari Blasi ilə evlənib. Onların bu evlilikdən Con adlı oğlu və Şanel adında bir qızı var.

Totti haqda ən maraqlı faktlardan biri də onun peşəkar şəkildə tennis oynamasıdır.


Müəllif:

Oxşar xəbərlər