Almaniya Futbol Klubları Birliyinin keçən il Bundesliqada oynayan müsəlman oyunçuların oruc tutmasını qadağa etməyə çalışdığı iddia olunur.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Almaniyanın "Şpigel" jurnalında yer alan xəbərdə Futbol Klubları Birliyinin keçən il aprel ayında futbolçuların əməl etməsini istədiyi qaydalardan ibarət 29 səhifəlik bir müqavilə layihəsi hazırlayıb.
Sənədin səhiyyə və xəstəliklə əlaqədar hissəsində yer alan bir maddədə "sağlam və formada qalmaq məqsədiylə dini vəzifələrini yerinə yetiririlməməsi" tələbinin əksini tapdığı bildirilir. Lakin jurnal sonradan bu maddənin müqavilədən çıxarıldığını bildirib.
Mövzu ilə bağlı mövqeyini açıqlayan VDV yetkilisi Ulf Baranovski belə bir maddənin konstitusiyada yer alan din azadlığı ilə ziddiyyət təşkil etdiyini və Bundesliqanın beynəlxalq transferlərinə mənfi təsir edə biləcəyini vurğulayıb.
Bundesliqa və ikinci liqada forma geyən müsəlman oyunçuların oruc tutması Almaniyada hər il Ramazan ayında müzakirələrə yol açır. İkinci Liqa qruplarından FSV Frankfurt 2009-ci ildə Ramazan ayında oruc tutduqlarına görə 3 oyunçuya xəbərdarlıq etmişdi.
Nihad