7 İyun 22:56
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda ilk yoldaşlıq oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Silvinyonun çalışdırdığı Albaniya millisi ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

***

Azərbaycan - Albaniya yığmalarının qarşılaşması start götürüb.

Milli komandalar meydana aşağıdakı heyətlə çıxıblar.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.

Albaniya: Strakoşa, Hysaj, Ajeti, Cimsiti, Mitay, Asllani, Ramadani, Bayrami, Asani, Broxa, Seferi.

Qeyd edək ki, Macarıstandakı “Haladas SportKomplexum”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Yoldaşlıq oyunu

21:00. Albaniya - Azərbaycan - 3:0 (İkinci hissə)

Qol: Nedim Bayrami, 12, Manay, 81, Lyaçi, 88

Baş hakim: Mihali Kaprali (Macarıstan)

“Haladas SportKomplexum”, Sombatxey


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər