16 İyun 18:55
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında baş tutub.

Hamburq şəhərində gerçəkləşan qarşılaşmada "narıncılar" 2:1 hesabı ilə qələbə qazanıb.

Görüşdə hesabı Polşa yığması açıb. 16-cı dəqiqədə Adam Buksa fərqlənib. İlk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo “status-kvo”nu bərpa edib. Oyunun yekun nəticəsini isə final fitinə 7 dəqiqə qalmış adını tabloya yazdıran Vaut Veqhorst müəyyənləşdirib.

***
18.46

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab növbəti dəfə dəyişib.

Teleqraf.com xəbər verir ki, "narıncılar" hesabda önə keçiblər.

83-ü dəqiqədə Vaut Veqhorst komandasını hesabda irəli çıxarıb.

***

18.13

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ikinci hissə başlayıb.

Teleqraf.com xəbər verir ki, fasilədən sonra hesab bərabərdir - 1:1.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

***

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında ilk hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yolanıblar.

Polşanın heyətində Adam Buksa, holladlardan isə Kodi Qakpo fərqlənib.

***

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab bərabərləşib.

Teleqraf.com xəbər verir ki, ilk yarım saatın tamamına bir dəqiqə qalmış Kodi Qakpo "narıncılar"ın bərabərlik qolunu vurub - 1:1.

Qarşılaşma davam edir.

***

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Polşa - Niderland matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 16-cı dəqiqədə Adam Buksa "narıncılar"ı cəzalandırıb.

Qarşılaşma davam edir.

***

17:06

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, D qrupunun ilk matçı Polşa və Niderland milliləri arasında start götürüb.

Hamburq şəhərindəki oyunu portuqaliyalı baş hakim Artur Diaş idarə edir.


Müəllif: Teleqraf.com