16 İyun 22:01
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib.

Teleqraf.com xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.

***

21.40

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında hesab bərabərləşib.

Teleqraf.com xəbər verir ki, Erik Yanja 77-ci dəqiqədə bərabərliyi təmin edib.

Danimarka millisindən isə 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib.

Görüş davam edir.

***

21.07

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, fasilədən sonra Danimarka millisi 1:0 hesabı ilə öndədir.

Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.

***

20.46

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında ilk hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Danimarka millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.

***

20.25

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 17-cı dəqiqədə Kristian Eriksen Danimarka millisini hesabda önə çıxarıb.

Görüş davam edir.

***

20.04

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.

Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.


Müəllif: Teleqraf.com