17 İyun 01:02
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Teleqraf.com xəbər verir ki, turnirin favoritlərindən hesab edilən İngiltərə I turda Serbiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalib - 1:1.

***

00.06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya - İngiltərə matçında ikinci hissə başlayıb.

Teleqraf.com xəbər verir ki, britaniyalılar hazırda hesabda öndədirlər - 1:0.

13-cü dəqiqədə Cud Bellinqem fərqlənib.

***

2024.06.16 - 23.54

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya – İngiltərə matçında birinci hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, britaniyalılar fasiləyə üstün yollanıblar - 1:0.

13-cü dəqiqədə Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

23.27

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya - İngiltərə matçında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, 13-cü dəqiqədə britaniyalılar rəqibi məyus ediblər.

Cud Bellinqem fərqlənib.

***

23.02

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

Teleqraf.com xəbər verir ki, Serbiya – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


Müəllif: Teleqraf.com