17 İyun 01:28
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşünürəm ki, ilk hissəni yaxşı keçirdik, lakin 70 dəqiqədən sonra bir az enerji itirdik. Bizdə intensivlik çatışmırdı və çox passivləşdik. Bir neçə yaxşı şansımız oldu, gözəl əks-hücum etdik. Ancaq ondan yararlana bilmədik. Enerji bütün matç boyunca olmalıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Danimarka millisinin baş məşqçisi Kasper Hyulmand Avro-2024-ün qrup mərhələsinin 1-ci turunun Sloveniya ilə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra deyib.

O, daha sonra bildirib: "Bəzən 1:0 öndə olanda və ikinci qolu vurmayanda, sonra nəsə baş verir. Buna görə də ikinci qolu vurmaq çox vacib idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər