Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya üzərində əzmkar qələbədən sonra Türkiyə millisinin oyunçuları ilə telefon danışığının görüntüsü yayılıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan Vinçenzo Montella ilə çıxışına italyanca təşəkkür edərək başlayıb.
Daha sonra futbolçulardan Arda Gülər və Barış Alper Yılmazla danışıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 finalında Türkiyə millisi Avstriyanı 2:1 hesabı ilə məğlub edib və növbəti tura adlayıb.