6 İyul 22:48
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa çempionatında ən parlaq nəticəni Türkiyə göstərdi. Türkiyə vətəndaşlarının turnirə marağı sayəsində həm meydanda, həm də meydandan kənarda ən çox danışılan komanda millimizdir".

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist Sercan Dikmə deyib.

O komandanın 1/4 finalında Niderlanda qalib gələcəyinə əmindir.

“Maraqlı və gərgin, çox qollu matç gözləyirəm. Qarşılaşma heç-heçə bitib əlavə vaxta və ya penaltilərə keçsə belə, Türkiyə qalib gələcək”, - Dikme bildirib.

Niderland və Türkiyə milli komandaları arasında oyun bu gün saat 23.00-da başlayacaq.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər