“Sabah” klubu hücumçusu ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, İshak Belfodillə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, hücumçu ötən mövsümdən Bakı klubunun şərəfini qoruyurdu.