29 İyul 11:56
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Almaniya klubu “Nürnberq”lə danışıqları davam edir.

Teleqraf.com xəbər verir ki, bunu ikinci Bundesliqa komandasının idman direktoru Joti Katzialeksiu deyib.

O bildirib ki, “Ayntraxt”a keçən Can Uzunun boşluğunu hələ də doldurmayıblar. İdman direktoru Emrelinin bir çox xüsusiyyətə malik olması diqqətlərini çəkib: “Mahirdə bizim istədiyimiz mentalitet var. Yaxşı qol duyumu var, topla rəftarı əladı və uzaq məsafədən güclü zərbələrə malikdi. Mahirlə müsbət danışıqlar gedir”.

Qeyd edək ki, millimizin forvardının “Dinamo” ilə müqavilə müddətinin sonuna iki il vaxt qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər