Rumıniyalı idmançı Katalina Aksente amerikalı Kennedi Bleydzlə görüşdə zədələnib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə sərbəst güləş üzrə Olimpiya Oyunlarının 1/8 finalında baş verib.
ABŞ-dən olan idmançı əyilmə atışı həyata keçirib, bundan sonra rəqibi onun boynuna düşüb və ayağa qalxa bilməyib. Aksenteyə ilkin tibbi yardım göstərilib və xərəkdə aparılıb.