2 Sentyabr 09:24
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın iki təmsilçisi Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Teleqraf.com xəbər verir ki, T12 kateqoriyasında yer alan Səid Nəcəfzadə uzunluğa tullanma növündə çıxış edəcək.

Bu yarışa Bakı vaxtı ilə 12:00-da start veriləcək.

Ardınca paraüzgüçü Raman Saley uğur qazanmağa çalışacaq. O, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə bacarığını göstərəcək. Təsnifat mərhələsi saat 12:45-də başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər