11 Oktyabr 00:04
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu David Alabanın 2024-cü ildə meydana çıxmayacağı dəqiqləşib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ön çarpaz bağı yırtılan müdafiəçinin oktyabrda sağalması gözlənilsə də, bərpa prosesi gecikib.

Avstriyalı futbolçu fərdi məşqlər etsə də, onun 2025-ci ilin yanvar ayında komandaya qoşulacağı məlum olub.

Qeyd edək ki, D.Alaba ötən mövsüm La Liqanın 17-ci turunda "Vilyarreal"a matçda ciddi zədə almışdı.


Müəllif: Arzu

Oxşar xəbərlər