17 May 2014 13:24
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tottenhem”in futbolçusu Emanuel Adebayor “Daily Mail Express” qəzetinə maraqlı müsahibə verib.

Teleqraf.com xəbər verir ki, futbolçu müahibəsində “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini ilə “Mançester Siti”də oynadığı zamanlarda yaşadığı bir olaydan danışıb:

“Mançini “Mançester Siti”yə gələndən sonra məni istəmədiyini bildirdi. Bir dəfə mənə “Balotellini almaq istəyirəm, sənin qol vurmağın yaxşı deyil” - dedi.

Mən də normalda verməyəcəyim bir cavabı verdim və Mançiniyə - “Mənim qol hesabımın az olduğunu düşünürsənsə, "google"da adımı yaz, axtar" - dedim. Bəli, eynilə belə dedim.

Çünki “Mançester Siti”yə gəlməzdən əvvəlki 4-5 illik performansım çox gözəl idi. Əgər yaxşı qol vurmasaydım, “şəhərlilər” məni transfer edərdimi?”

Aygün İlqarqızı


Müəllif: