"Bayer"in yarımmüdafiəçisi Hakan Çalhanoğlunun "Barselona"ya transfer olacağı barədə xəbərlər yayılıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Türk futbolçu məsələyə münasibət bildirib:
"Rəsmi təklif gəlməyib. Ancaq belə xəbərlər eşitmək mənim üçün fəxrdi. Menecerim bu məsələlərlə maraqlanır. Hazırda mən özümü Leverkuzendə yaxşı hiss edirəm. Karyeramla bağlı hədəflərim var. Ancaq indi təkcə Çempionlar Liqasında "Atletiko"nu keçməyimizi istəyirəm".
Cari mövsümdə ümumilikdə 34 matçda meydana çıxan Hakan Çalhanoğlunun aktivində 8 qol və 6 məhsuldar ötürmə var.
Rüstəm