Sadıq Sadıqovun “Neftçi” idman klubunun prezidenti vəzifəsindən istefasından söhbət gedə bilməz.
Bunu Trend-ə “Neftçi”nin baş sponsoru olan SOCAR-ın mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən bildiriblər ki, S.Sadıqov “Neftçi” idman klubunun rəhbəri, eyni zamanda, “Neftçi” peşəkar futbol klubunun prezidentidir. “Neftçi” PFK-nın “Neftçi” idman klubunun tərkibinə verilməsi ilə əlaqədar bir sıra struktur və nizamnamə dəyişiklikləri gözlənilir və bu barədə daha sonra məlumat veriləcək.
Daha əvvəl S.Sadıqovun “Neftçi”nin prezidenti vəzifəsindən istefası və yazıçı Çingiz Abdullayevin bu vəzifəyə təyin edilməsi barədə məlumat yayılmışdı.