2 Aprel 2015 10:12
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə klubunun Uelsli futbolçu Qaret Beyli transfer etmək istəyi alınmayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres bu barədə danışıb. O, Qaret Beylin satışının klubun planlarına daxil olmadığını bildirib.

"Marca"nın verdiyi xəbərə görə, La Liqa nəhənginin rəhbəri açıqlamasında bunları dilə gətirib:

"Biz heç bir halda Beyl üçün transfer təkliflərini nəzərdən keçirməyəcəyik. O, "Real"ın gələcəyi nöqteyi-nəzərindən əsas oyunçudu. Komandanı Kriştiano Ronaldo kimi Beylsiz də təsəvvür etmirəm".

Daha öncə bildirilir ki, "Mançester Yunayted" Beylin transferi üçün 100 milyon avrosundan keçməyə hazırdı.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər