7 Aprel 2015 12:14
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftəsonu "Fənərbaxça"nın avtobusuna silahlı hücum edən şəxslər həbs olunub.

Publika.az xəbər verir ki, Türkiyə polisinin apardığı əməliyyat nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Məlumatı Trabzon valisi də təsdiqləyib. Dünən isə Trabzon prokurorluğu daha bir nəfəri həbs etmişdi. Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, həbs olunan şəxs internetdə "Fənərbaxça"nı təhdid edib.


"Rizəspor"la oyundan qayıdan "Fənərbaxça"nın avtobusu Trabzonda silahlı hücuma məruz qalmışdı. Hücum nəticəsində avtobusun sürücüsü yaralanmışdı. Türkiyə Futbol Federasiyası buna görə kubok və çempionat oyunlarını təxirə salıb.


Müəllif:

Oxşar xəbərlər