“Trabzospor”un prezidenti İbrahim Hacıosmanoğlu “Fənrəbaxça” komandasını hava limanına apararkən avtobusda yaralanan Ufuk Kırana baş çəkib.
ANS PRESS-in məlumatına görə, klub rəhbəri xəstəxanada müalicə alan sürücüyə “keçmiş olsun” deyərək “Trabzonspor”un formasını hədiyyə edib.
İbrahim Hacıosmanoğlu avtobus sürücüsünə təskin verib:
“Baş verənlər hamımızı üzüdü. Allah səni ailənə bağışladı. Qısa zamanda sağalıb ayağa qalxmağını arzulayıram. İnşallah yaxın vaxtlarda ailənə qovuşarsan”.