Apellyasiya komitəsi "Real"ın Kriştiano Ronaldonun sarı vərəqəsinin ləğv olunması ilə bağlı verdiyi şikayətə baxıb.
Teleqraf.com "AS"-a istinadən xəbər verir ki, komitə Madrid klubunun tələbində haqlı olduğuna qərar verib. Yəni, Kriştiano Ronaldonun sarı vərəqəsi ləğv olunub və o, "Eybar"la görüşdə meydana çıxacaq.
"Rayo Valyekano" ilə oyunda hakim rəqibin cərimə meydançasında müdafiəçi Antoni Amayeylə mübarizədə yerdə qalan Ronaldonun simulyasiya etdiyini düşünərək ona sarı vərəqə göstərmişdi. Ulduz futbolçu bu vərəqə nəticəsində cəzalı vəziyyətə düşmüşdü.
Rüstəm