İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Sami Xedira mövsümün sonunda komandanı tərk edəcək.
Teleqraf.com xəbər verir ki, Son olaraq "Şalke"nin baş məşqçisi Roberto Di Matteo alman futbolçunu komandasında görmək istədiyini bildirib:
"Şalke"nin qapıları həmişə Xediranın üzünə açıqdı. Komandamızın liderlik xüsusiyyətlərinə sahib olan və meydanda rahat hərəkət edə bilən dayaq yarımmüdafiəçisinə ehtiyacı var. Xedira dünya səviyyəli futbolçudur. Düşünürəm ki, məşqçilərin çoxu onunla birgə çalışmaq istəyir".
Rüstəm