"Atletiko"nun yarımmüdafiəçisi Arda Turan 11,353 km göstərici ilə hər kəsi qabaqlayıb
Teleqraf.com xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalının ilk oyunları çərçivəsində keçirilən "Atletiko" - "Real" derbisində (0:0) meydanda ən çox qaçan futbolçu bəlli olub.
"Atletiko"nun yarımmüdafiəçisi Arda Turan 11,353 km göstərici ilə hər kəsi qabaqlayıb.
Türkiyəli futbolçunu Qabi (11,230 km), Xames Rodriqes (10,736 km), Mario Suares (10,544 km), Beyl (10,530 km), Mandzukiç (10,518 km), Koke (10,336 km), Xuanfran (10,097 km), Sikeyra (10,057 km) və Modriç (10,037 km) izləyib.
Madrid derbisində "Atletiko"lu futbolçuların "Real"ın oyunçularından 7 km çox qaçdığı müəyyənləşib.
Rüstəm