Bakıda təşkil olunan UEFA-nın növbəti İnkişaf turnirinin oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, 16 yaşadək qadın futbolçulardan ibarət milli komandamız Qazaxıstanla qarşılaşıb. "Bayıl Arena"da keçirilən oyunun Əsas və əlavə vaxtı qolsuz başa çatdığından penaltilərə ehtiyac duyulub.
Burada daha dəqiq olan komandamız 5:4 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığmamız ilk oyunda Gürcüstanı 5:0 hesabı ilə məğlub edib.