18 Aprel 2015 13:27
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Pol Skoulz bildirib ki, "Mançester Siti"nin yeni baş məşqçisi Pep Qvardiola olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Independent"dəki yazısında bildirib:

“Yurgen Kloppun İngiltərə futbolunda uğur qazanacağına şübhəm yoxdu. Sual ondadır ki, hansı komandada?

Onun adı daha çox “Mançester Siti” ilə yanaşı çəkilir. Ancaq məndə olan məlumata görə, komandanın yeni baş məşqçisi Yurgen Klopp yox, növbəti ilin sonunda "Bavariya"ya ilə müqaviləsi bitəcək Pep Qvardiola olacaq.

Düşünürəm ki, İngiltərə klublarını Çempionlar Liqasının finalına daşıyacaq ingilis mütəxəssis yoxdu”.

Rüstəm


Müəllif: