29 Aprel 2015 14:32
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın forvardı Pedro Rodriqes karyerasını İngiltərədə davam etdirə bilər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, "Arsenal" ispan futbolçunu heyətinə qatmaq istəyir. Yaxın günlərdə klublar arasında danışıqların başlanacağı bildirilir. Keçid yay "transfer pəncərəsi"ndə reallaşa bilər.

27 yaşlı hücumçunun transferi 24 milyon funt dəyərində qiymətləndirilir.

Qeyd edək ki, cari mövsümdə 42 matçda meydana çıxan Pedro 10 dəfə fərqlənməklə yanaşı, 7 məhsuldar ötürmə ilə də yadda qalıb.

Rüstəm


Müəllif: