1 May 2015 22:39
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul" Rahim Sterlinqlə yollarını ayırmağa hazırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. “Liverpul” rəhbərliyi ingilis futbolçunun müqabilində 50 milyon funt sterlinq tələb edir. Bu məbləği ödəyən klub onu heyətinə qata biləcək.

"Liverpul" Sterlinqin satışından əldə ediləcək gəliri Kristian Benteke, Memfis Depay və Ceyms Milnerin transferinə yönləndirmək niyyətindədi.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 32 matçda meydana çıxan Sterlinq 7 dəfə fərqlənməklə yanaşı, 9 məhsuldar ötürmə verib.

Rüstəm


Müəllif: