"Qarabağ"ın 16 yaşlılardan ibarət komandası öz yaş qrupları üzrə ölkə çempionu olub.
Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Samir Musayevin baş məşqçi olduğu komanda son turda "Şirvan"ı 7:1 hesabı ilə məğlub edərək mövsümü çempion kimi başa vurub.
Qeyd edək ki, "Qarabağ"ın əsas komandası da cari mövsüm Premyer Liqanın qalibi olmağa yaxındır. Ağdam təmsilçisi 30 turdan sonra 65 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ"ın ən yaxın izləyicisi "İnter"in isə 29 turdan sonra aktivində 59 xalı var.