27 May 2015 12:57
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın keçmiş futbolçusu Ronaldinyo Kataloniya klubunun "Liverpul"da çıxış edən həmyerlisi Felipe Koutinyonu almağı məsləhət bilib.

Teleqraf.com xəbər verir ki, bu baərədə "Daily Mail" məlumat yayıb. Braziliya futbolunun məşhur siması belə danışıb:

"Коutinyo fantastik mövsüm keçirib. O, Avropada yarımmüdafiənin ən yaxşılarından biridi. Əgər nəzərə alsaq ki, Koutinyo elə də yaxşı oynamayan komandanın heyətindədir, bu, əla göstəricidi.

Mən Koutinyo və "Barselona"nın əvəzinə danışa bilmərəm. Lakin "Barsa"nın hansı keyfiyyətə malik futbolçular axtardığını bilirəm. Felipedə bu keyfiyyətlər var.

Xavi uzun müddətdən sonra gedib, İnyesta artıq 30 yaşını keçib. Buna görə də "Barselon"a diqqətini Koutinyoya yönəltməlidi.

Koutinyo "Barselona"da titul qazanmaqdan əlavə Neymar, Messi, Suares və İnyesta ilə yanaşı oynayaraq çox inkişaf edə bilər".

Rüstəm


Müəllif: