29 May 2015 23:19
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avro-2016"nın seçmə mərhələsində gələn ay Slovakiya ilə qarşılaşacaq Makedoniya millisinin heyəti açıqlanıb.

Qol.Az-ın Makedoniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Lyubinko Druloviç 23 futbolçuya dəvət göndərib.

Həmin siyahıda "Qarabağ"ın futbolçusu Muarem Muarem də var. "Qarabağ"ın heyətində uğurlu mövsüm keçirən Muarem yenidən Makedoniya yığmasına çağırılıb.

Qeyd edək ki, C qrupunda mübarizə aparan Makedoniya millisi 5 turdan sonra 3 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. L.Druloviçin komandası iyunun 14-də seçmə mərhələnin 6-cı turunda səfərdə Slovakiyanın qonağı olacaq.


Müəllif: