Bu gün Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Bakı təmsilçisi “Bakcell Arena”da Monteneqronun “Mladost” komandasını qəbul edəcək.
Görüşü türkiyəli baş hakim Ali Palabıyık idarə edəcək. Ona həmyerliləri Cem Satman, Ceyhun Sesigüzel və Hakan Ceylan kömək edəcəklər.
Oyunun UEFA nümayəndəsi Qenadie Skurtul (Makedoniya), hakim-inspektoru isə gürcüstanlı Levan Paniaşvili olacaq.