Rusiya millisinin sabiq futbolçusu Andrey Arşavinin yeni klubu müəyyənləşib.
O, ölkəsinin "Kuban" (Krasnodar) klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəmi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, A.Arşavin ötən mövsüm "Zenit"də oynayıb.