15 İyul 2015 10:19
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasında ilk oyununa çıxacaq.

Teleqraf.com xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulan "Qarabağ" birinci oyununu doğma meydanda Montenoqro çempionu "Rudar"a qarşı keçirəcək.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Qarşılaşmanı rumıniyalı referi Sebastyan Koltesku idarə edəcək. Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu, George Katalin Qaman kömək edəcək.

Samir


Müəllif: