“Porto”nun təcrübəli futbolçusu Rikardo Kuarejma karyerasını yenidən Türkiyədə davam etdirəcək. “Beşiktaş” 32 yaşlı yarımmüdafəçi ilə razılığa gəlib.
“Qara qartal” Kuarejma ilə 3 illik müqavilə imzalayacaq. İstanbul təmsilçisi həmçinin “Porto” rəhbərliyinin razılığını alıb. Portuqaliyalılar Rikardonun Türkiyəyə qayıtmasına qarşı deyillər.
Qeyd edək ki, “Beşiktaş” Kuarejma üçün yad sima deyil. O, 2010-2012-ci illərdə “ağ-qaralar”ın formasını geyinib.