27 İyul 2015 15:44
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən yarı alman, yarı çexəm. Ona görə də Almaniya millisi ilə görüşləri səbirsizliklə gözləyirəm. Almanlar hər zaman bütün turnirlərin favoriti olub. Ancaq onlar bizə hörmətlə yanaşmalıdırlar".

Teleqraf.com xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Mixael Kadleç DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

"Fənərbağça"nın müdafiəçisi sözlərinə belə davam edib: "Çoxları bizim qrupda ikinci yer uğrunda mübarizə aparacağımızı deyir. Lakin mən birincilik uğrunda yarışa biləcəyimizi düşünürəm.

Digər rəqiblərə gəlincə Norveç yığması ilə son yoxlama matçında 2:2 bərabərə qalmışıq. Ancaq 2011-ci ildə onlara 3:0 hesabı ilə qalib gəlmişik.

Azərbaycan millisi bizim üçün münasib rəqib deyil. Çünki bu ölkəyə məsafə uzaqdı. Şimali İrlandiya isə sərt futbol oynayır. San Marino ilə də qarşılaşmışıq. Bizi nələr gözlədiyini bilirik".

DÇ-2018-nin seçmə mərhələsinin C qrupunda yer alan Çexiya yığması Azərbaycanla yanaşı, Almaniya, Norveç, Şimali İrlandiya və San Marino ilə mübarizə aparacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər