Təlim-məşq toplanışını Türkiyənin Afyon şəhərində davam etdirən “Neftçi” daha bir futbolçunu baxışa çağırıb.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, bolqarıstanlı müdafiəçi Borislav Stoyçev “ağ-qaralar”ın düşərgəsindədir.
28 yaşlı futbolçu vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe Stara Zaqora" klublarında çıxış edib. Sonuncu dəfə "Levski Sofiya"nın formasını geyinib.
Məşqçilər korpusu futbolçunu bir neçə gün sınadıqdan sonra onun komandada qalıb-qalmayacağı ilə bağlı qərar verəcək.